

Azərbaycan Prezident Administrasiyasının yüksək vəzifəli nümayəndəsi ötən həftə Vyanada olub, Avstriyada yüksək vəzifəli həmkarlarını Ermənistan–Azərbaycan sülh prosesi barədə məlumatlandırıb. Cümə günü APA (Austria Press Agentur- Austria Press Agency) ilə söhbətində Prezident İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ölkəsinin müxtəlif məsələlərlə bağlı mövqeyiniizah edib və eyni zamanda Bakının Vyana ilə daha sıx münasibətlər qurmaqda maraqlı olduğunu diqqətə çatdırıb.
O, səfərinin Azərbaycanın Avstriya ilə bütün sahələrdə apardığı davamlı dialoqun bir hissəsi olduğunu və 2025-ci ilin artıq bu baxımdan çox intensiv keçdiyini bildirib. Əmirbəyov iki ölkənin Xarici İşlər Nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələri, eləcə də iyun ayında iqtisadiyyat nazirləri Mikayıl Cabbarov və Volfqanq Hattmannsdorferin (ÖVP) Vyanada keçirilmiş görüşünü və hökümətlərarası ikitərəfli komissiyasının iclasını xatırladıb. O hazırkı səfəri çərçivəsində Avstriya Federal Kanslerininqlobal məsələlər üzrə xüsusi nümayəndəsi Peter Launsky, Avstriya XİN-in baş katibi Nikolaus Marşik, həmçinin Avstriya parlamentinin spikeri Valter Rozenkranz (FPÖ) ilə təşkil olunmuş görüşləri barədə Azərbaycan Səfirliyində – aktyor Hans Moserin keçmiş villasında danışıb.
“Keçən ay Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflandıqdan sonra biz regionda (Cənubi Qafqazda) yeni bir tarixi dövrə daxil oluruq və buxüsusda avstriyalı həmkarlarımızı və dostlarımızı vəziyyət barədə məlumatlandırmağı məqsədəuyğun hesab etdik,” – deyə diplomat E.Əmirbəyov Avstriyaya səfərinin səbəbini izah edib. Lakin yekun sülh sazişinin imzalanmasından əvvəl hər iki ölkənin hüquqi çərçivələri bu sazişin ruhunavə mahiyyətinə uyğun olmalıdır.
O, konkret olaraq hazırkı Ermənistan Konstitusiyasından qaynaqlanan problemi qeyd edib. Belə ki, Konstitusiyanınpreambula hissəsində Dağlıq Qarabağa dair ərazi iddiaları mövcuddur. Bu region Sovet İttifaqının süqutundan sonra beynəlxalq hüquqa görə həmişə Azərbaycan dövlətinin bir hissəsi kimi tanınıb, lakin 1994-cü ildəki müharibədən sonra erməni qüvvələrinin nəzarətinə keçib – həmin vaxt yerli azərbaycanlılar bu ərazilərdən qovulmuşdu. 2020 və 2023-cü illərdə Azərbaycan bu əraziləri iki mərhələdə geri aldı və bununla da yerli erməni əhalisinin kütləvi köçünə səbəb oldu.
“Uzunmüddətli sülh üçün böyük imkanlar”
İmzalanacaq sülh sazişi qarşılıqlı ərazi iddialarından imtinanı nəzərdə tutur, – Əliyevin köməkçisi izah edib. “Regionda uzunmüddətli sülh və sabitlik üçün çox böyük imkanlarımız var,” – o, nikbin ruhda bildirib. Ermənistan və Azərbaycanın bu münaqişəni Sovet İttifaqından miras alması və 1991-ci ildən bəri heç vaxt bir-biri ilə sülhşəraitində yaşamaması səbəbindən hələlik iki ölkə arasında qarşılıqlı etimadın demık olar ki mövcud olmadığını qeyd edib. Bunun üzərində işləmək lazımdır.
E.Əmirbəyov bu istiqamətdə mühüm addım kimi Ermənistan ərazisindən keçəcək, Azərbaycanın qərbini Naxçıvan ilə birləşdirəcək 43 kilometrlik avtomobil və dəmir yolu xəttinin tikintisini göstərib. “Burada söhbət yalnız Azərbaycanın iki hissəsinin birləşməsindən deyil, həm də Ermənistan və Azərbaycan, eləcə də Asiya və Avropanın birləşməsindən gedir,” – deyə o, ənənəvi olaraq “Zəngəzur dəhlizi” adlanan, lakin Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlandırılan layihəni təsvir edib. “Bu, siyasi iradə olduğu təqdirdə regionda hər kəsin faydalana biləcəyi sülh layihəsidir,” – deyə o, İranın tənqidlərinə münasibət bildirib. ABŞ tərəfindən idarə olunması nəzərdə tutulan və İran–Ermənistan sərhədində yerləşəcək bu marşrut barədə son zamanlar Tehranda narazılıqlar ifadə olunub; bu marşrut həmçinin İranın Ermənistandan keçən mühüm ixrac yolunu da təsir altına alır.
Rusiya ilə gərginlikdə təmkin
Diplomat vurğuladı ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra başladığı “multivektorlu”, çoxşahəli xarici siyasəti davam etdirməkdədir. “Yalnız qonşu ölkələrlə deyil, həm də böyük beynəlxalq tərəfdaşlarla müsbət və sabit münasibətlərdə olmaq bizim maraqlarımız çərçivəsindədir,” – deyə o, izah edib. Azərbaycan 1994-cü ildən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında iştirak edir, lakin ölkə heç vaxt NATO-ya üzv olmaq niyyəti ifadə etməyib. O, həmçinin Bakı ilə Moskva arasında mövcud gərginliklərə də ehtiyatla münasibət bildirib, hansı ki, bu gərginlik hər iki ölkədə qarşılıqlı olaraq vətəndaşların həbsinə gətirib çıxarmışdı. Rusiya televiziyası təbliğatçılarının son vaxtlar Azərbaycanı hərbi əməliyyatla hədələməsinə isə o, şərh vermək istəməyib. Onun ölkəsi üçün yalnız Rusiya prezidenti və hökumətinin mövqeyi əhəmiyyətlidir.
Avstriyada “daimi neytrallığ”ın gələcəyi ilə bağlı davam edən müzakirələrə gəlincə, E.Əmirbəyov bildirib ki, Azərbaycan burada yalnız xarici müşahidəçi kimi özünü görür. “Avstriya bizim üçün dost ölkədir və biz ona bütün istiqamətlərdə uğurlar arzulayırıq,” – deyə o, qeyd edib. Lakin bu məsələdə yekun qərar Avstriya xalqına və onun öz təhlükəsizlik maraqlarını necə qiymətləndirməsinə bağlıdır.
ATƏT-in “Minsk qrupu” 28 il uğursuz oldu
Avropa İttifaqı ilə münasibətlərin tarixində enerji sahəsində əməkdaşlıq əsas vacib rol oynayıb: Azərbaycan təkcə yeni neft və təbii qaz yataqlarını istismara verməyib, həm də 2006-cı ildən bu xammalı Qərb bazarlarına nəql etməküçün infrastruktur yaradıb və Avropanın enerji təhlükəsizliyinə töhvəsini verməkdədir. Avropada on ölkə, o cümlədən Avropa İttifaqının səkkiz üzv dövləti Azərbaycandan bu gün təbii qaz idxal edir. Cənub Qaz Dəhlizinə qoşulmamış Avstriyaya isə hazırda yalnız neft tədarük olunur. Bununla belə, Bakı və Brüssel arasındakı münasibətləri yalnız enerji sahəsində əməkdaşlıqla məhdudlaşdırmaq yanlış olardı, – E.Əmirbəyov izah edib və Avropa İttifaqının digər sahələrdə, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığa da artan marağından danışıb.
O, baş qərargahı Vyanada yerləşən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) isə tənqid edib: ATƏT-in Nazirlər Şurasının 1 sentyabr qərarı ilə fəaliyyətinə xitam verilmiş “Minsk qrupu” və aidiyyatı strukturlar 28 il ərzində keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik cəhdlərində uğursuz olub. Hazırda baş verən geosiyasi qarşıdurmalar fonunda təşkilata üzv ölkələr arasındaümumimiyyətlə hər hansı bir məsələdə konsensusa əsaslanan razılığa gəlmək demək olar ki, mümkünsüzdür, – deyə E.Əmirbəyov bildirib. O, optimist qalmaq istədiyini deyib, lakin vurğulayıb: “Əgər bütün üzv dövlətlərin bu təşkilatın necə öz fəaliyyətini davam etdirə biləcəyi ilə bağlı ümumi baxışı yoxdursa, onun gələcəyi barədə proqnoz vermək mənim üçün çətindir.” Onun fikrincə, ATƏT-in potensialı yalnız iqtisadiyyat, ətraf mühit, enerji və nəqliyyat məsələlərindədir.
Mətbuat azadlığı ilə bağlı problem yoxdur
Qərb QHT-lərinin Azərbaycanda mətbuat azadlığının olmaması ilə bağlı tez-tez səsləndirdiyi tənqidlərəgəldikdə, (“Sərhədsiz Reportyorlar”ın son açıqladığı məlumata əsasən, Azərbaycan media azadlığı baxımından 180 dövlət arasında 167-ci yerdə qərarlaşıb), diplomat bu qiymətləndirmələrin obyektivliyinə şübhə ilə yanaşıb. “Bəzən bu hesabatlar Azərbaycana heç vaxt gəlməmiş şəxslər tərəfindən hazırlanır,” – deyə o bildirib və ittihamların çox vaxt internetdə yer alan əsassız mənbələrə istinad etdiyini vurğulayıb. “Bir vaxt biz anladıq ki, insan haqları bizə təzyiqi artırmaq üçün bir bəhanə kimi istifadə olunur.” – deyə diplomat qeyd edib.
O, öz ölkəsində mətbuat azadlığı ilə bağlı problem olmadığını qeyd edib: internetdən istifadə azaddır, həm müxalifət, həm hökumətyönlü, həm də neytral media mövcuddur. Fikrini ifadə etmək istəyən hər kəs bunu edə bilər. Azərbaycanda jurnalistlərin həbsdə olması isə onların peşə fəaliyyəti ilə bağlı olmayan cinayətlərlə izah olunub. 20 iyunda Bakıda “Abzas Media” onlayn portalının altı əməkdaşı və ABŞ tərəfindən maliyyələşdirilən “Azad Avropa/Azadlıq Radiosu”nun bir jurnalisti “xarici valyutanın qaçaqmalçılığı” ittihamı ilə uzunmüddətli həbs cəzalarına məhkum ediliblər. ABŞ-da yerləşən “Jurnalistləri Müdafiə Komitəsi” (CPJ) isə bu işi Azərbaycanda müstəqil jurnalistikanın qalıqlarını aradan qaldırmaq üçün hakimiyyətin cəhdi kimi təsvir edib.
(Müsahibəni Herwig G. Höller/APA götürüb)