

İsveçin Kalmar şəhərinə bağlı Hultsfred rayonunda məsciddə baş verən yanğın böyük ziyanlara səbəb olub; hadisə ilə əlaqədar polis, yandırılma şübhəsi ilə araşdırma başladıb.
Xalqcebhesi.az xəbər verir ki, İsveçin Dagensvastervik qəzetinə açıqlama verən Hultsfred Fövqəladə Hallar Müdiri Ulf Bowein, yanğının saat 02:00-də başladığını və iki mərtəbəli taxta məsciddə böyük ziyanın meydana gəldiyini bildirib.
Bowein, yanğın xəbərini aldıqdan sonra bir çox yanğınsöndürmə və xilasetmə vasitəsiylə qısa müddətdə məscidə çatdıqlarını və «Hadisə yerinə gəldiyimizdə o qədər güclü bir yanğın vardı ki, pəncərələrdən alovlar yüksəlirdi. Qısa müddətdə məscid istifadəyə yararsız hala gəldi. Məsciddə heç kəs olmadığı üçün ölü və ya yaralı olmadı», deyə açıqlama verib.
Hultsfred Polisindən edilən açıqlamada isə məscidin yandırılma nəticəsində yandığına dair şübhələrin olduğu və hadisə ilə bağlı araşdırma başladıldığı bildirilib.
Məryəm Quliyeva