Qrinkeviç: ABŞ yeni təhdidlərlə əlaqədar Avropada hərbi mövcudluğunu tənzimləyəcək Dünya

Qrinkeviç: ABŞ yeni təhdidlərlə əlaqədar Avropada hərbi mövcudluğunu tənzimləyəcək

ABŞ, yeni təhdidlərlə əlaqədar olaraq Avropadakı hərbi mövcudluğunu düzəltməyi planlaşdırır.

xəbər verir ki, bu barədə NATO-nun Avropadakı baş komandanı Aleksus Qrinkeviç "Le Monde" qəzetinə bildirib.

"Vaşinqton alyans üzvlərinə açıq şəkildə bildirdi: onlar daha çox iş görməlidirlər, çünki Çin və Hind-Sakit Okean regionu ciddi hərbi təhdidə çevrilib. Bu, Avropadakı düzəlişlərə gətirib çıxaracaq", - deyə Qrinkeviç qeyd edib.

Onun sözlərinə görə, hal-hazırda "ABŞ-ın qlobal hərbi mövcudluğunun nəzərdən keçirilməsi" gedir. Baş komandan vurğulayıb ki, bu məsələdəki bütün düzəlişlər ABŞ-ın müttəfiqləri ilə razılaşdırılacaq və onlara gözlənilməz olmayacaq.

Məryəm Quliyeva