Zelenski Trampdan 50 illik təhlükəsizlik zəmanəti tələb edib Dünya

Zelenski Trampdan 50 illik təhlükəsizlik zəmanəti tələb edib

Ukrayna Prezidenti Vladimir Zelenski, ABŞ Prezidenti Donald Trampdan Kiyevə 50 illik təhlükəsizlik zəmanətləri verməsini xahiş edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat verib.

"Və mən ona dedim ki, biz 30-40-50 illik bir zəmanət nəzərdən keçirmək istərdik. Və bu, Trampın tarixdəki qərarı olardı", — deyə Zelenski Floridada Trampla görüşün nəticələri barədə jurnalistlərlə danışarkən bildirib.

Onun sözlərinə görə, o, Ağ Ev rəhbərinə bildirib ki, Ukraynadakı müharibə "demək olar ki, 15 ildir davam edir". Buna görə də, Zelenski Trampdan zəmanətlərin müddətini daha uzun etməyi nəzərdən keçirməsini istəyib.

Məryəm Quliyeva