

24 Sentyabr 23:14
24 Sentyabr 23:13
24 Sentyabr 23:07
ABŞ prezidenti Donald Tramp bir sıra liderlərlə keçirdiyi görüşlər zamanı İsrailin İordan çayının qərb sahilini ilhaqına icazə verməyəcəyini deyib.
APA xəbər verir ki, bu haqda “Politico” qəzeti məlumat yayıb.
Qəzetin yaydığı məlumata görə Tramp həmçinin sentyabrın 23-də bir sıra ərəb və müsəlman ölkələrinin liderlərinə İsrailin baş naziri Binyamin Netanyahunun İordan çayının qərb sahilini ilhaqına icazə verməyəcəyini vəd edib.
Görüş BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyası çərçivəsində baş tutub.
Tədbirdə Misir, İndoneziya, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri iştirak ediblər.