SDG/YPG-yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD
1 Yanvar 20:38
1 Yanvar 20:38
1 Yanvar 18:31
30 Dekabr 2025 23:00
29 Sentyabr 2025 12:09
5 726
“Ərdoğanla Tramp arasında keçirilən görüş ikitərəfli münasibətlərdə yeni mərhələnin siqnalı kimi dəyərləndirilir. Vaşinqton üçün Türkiyə ilə yaxınlıq bu gün əvvəlkindən daha vacibdir, çünki ABŞ eyni vaxtda Çin, Rusiya və Yaxın Şərqdəki problemlərlə üz-üzədir. Ankara isə bu vəziyyəti balans siyasətini gücləndirmək üçün fürsətə çevirir”.
Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.
O diqqətə çatdırıb ki, Azərbaycan baxımından bu görüşün dolayı təsirləri də diqqətəlayiqdir: “Türkiyə–ABŞ əməkdaşlığının artması Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi layihələrə əlavə dəstək gətirə bilər. Bu, Bakının tranzit imkanlarını sabitləşdirir, riskləri azaldır və siyasi dəstək çərçivəsini genişləndirir. Təhlükəsizlik mühitində isə Türkiyənin mövqeyinin güclənməsi Cənubi Qafqazda sabitlik üçün əlavə təminat rolunu oynaya bilər. Azərbaycanın ən sərfəli mövqeyi çoxqütblü balansı qorumaqdır: Türkiyə ilə sinxron addımlar atmaq, Vaşinqtonla konstruktiv münasibət qurmaq və Moskva ilə proqnozlaşdırılan dialoqu davam etdirmək”.
Röya İsrafilova
1 Yanvar 20:38
1 085
1 Yanvar 18:31
1 211
1 Yanvar 18:29
1 218