07:52
763
Göyərtəsində iki nəfər olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus OA-1K “Skyraider II” təyyarəsi cümə axşamı günortadan sonra qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə Oklahoma Milli Qvardiyası məlumat yayıb.
“Təyyarənin göyərtəsində iki heyət üzvü; biri mülki podratçı, digəri isə ABŞ Hərbi Hava Qüvvələrinin heyət nəfəri olub", - deyə açıqlamada bildirilir.
Hadisə baş verən zaman təyyarə təlim missiyasında olub.
Xəsarət alan olmayıb.