07:53
987
İsrail hökuməti Beynəlxalq Ədalət Məhkəməsinin BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınları üçün Yardım və İş Agentliyinin (UNRWA) sakinlərə yardım göstərmək üçün Qəzza zolağına daxil olmasına dair qərarını rədd edir.
APA xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar bildirib.
Onun sözlərinə görə, UNRWA işçiləri arasında 7 oktyabr 2023-cü ildə İsrailə hücumda iştirak edənlər də daxil olmaqla, HAMAS hərəkatından olan fələstinli radikallar var.
"Biz 7 oktyabr [2023]-cü ildəki qırğında iştirak edən UNRWA təşkilatı ilə əməkdaşlıq etməyəcəyik. BMT agentliyinin terrorçularla dolu olması dəhşətli və utancvericidir. UNRWA hələ də 1400-dən çox HAMAS yaraqlısını işə götürür! Dünyada heç bir qurumun bunu İsrailə tətbiq etmək hüququ yoxdur. Bu pis tərəfdaşlıq strukturu hazırda sözdə BMT məhkəməsinin arxasında gizlənir. Sistem kökündən çürüyüb", - o deyib.