
“Su azalır, risk artır”
19:00
Biləsuvar rayonunda evdə yanğın baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar şəhərində qeydə alınıb. İkimərtəbəli, 5 otaqlı evdə baş verən yanğınla bağlı hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın nəticəsində evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları yanıb. Yanğın söndürülüb.
Rayonun Aşağı Cürəli kəndində isə fərdi təsərrüfatda yanğın qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 600 kvadratmetr olan tiklinin dam örtuyünün yanar konstruksiyaları 10 kvadratmetr sahadə və yaxınlıqda yığılan 22 ton ot bağlamasının 8 tonu yanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.