
“Su azalır, risk artır”
23 Oktyabr 19:00
23 Oktyabr 19:00
23 Oktyabr 16:32
23 Oktyabr 15:43
BMT qlobal miqyasda mərkəzi mövqedə qalmaqda davam edir, lakin təşkilatda islahatlar həyata keçirmək lazımdır.
AZƏRTAC xəbər verir ki, bunu İtaliya Prezidenti Sercio Mattarella “La Voce di New York”a müsahibəsində deyib.
“BMT-nin 80-ci ildönümü düşünmək üçün həlledici məqamdır. Təşkilat sülh, təhlükəsizlik və beynəlxalq əməkdaşlıq kimi ümumi dəyərləri inkişaf etdirərək, dinc yanaşı yaşamaq prinsipinin üstünlüyünü təsdiq etməklə, şübhəsiz ki, beynəlxalq nizamın formalaşmasına töhfə verib. Bu dəyərlər hər bir dövlətin preroqativlərinə və fərdlərə hörmətin BMT Nizamnaməsi və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə əsaslanan tutarlı bir sistem yaratdığı əməkdaşlıq, dialoq baxışını tələb edir”, - deyə İtaliya Prezidenti bildirib.
Sercio Mattarella qeyd edib ki, beynəlxalq mənzərədəki geriləmə qarşısında BMT məcburi olmasa da, bufer rolunu oynayır: “Yaxın Şərqdəki proseslər həm də BMT-nin başlatdığı beynəlxalq səfərbərliyin bəhrəsidir. Ümid edirəm ki, təşkilat gələcəkdə bu kontekstdə həlledici rol oynayacaq. BMT-nin idarəetmə mexanizmlərində dəyişiklik edilmədiyi təqdirdə, bir çox dövlətlərin ona ümumi məqsədlərin inşa oluna biləcəyi yer kimi baxmaqdan əl çəkməsi riski var. Əslində, tənqidlər müharibələr və silahlı münaqişələr zamanı BMT-nin effektiv olmayan müdaxilə imkanları ilə bağlıdır. Təşkilatda islahatlar üçün davam edən müzakirələr alqışlanır və zəruridir. Çünki dünya artıq 1945-ci ildəki kimi deyil. Yeni çağırışlar, aktyorlar və qəhrəmanlar çoxdan yaranıb və BMT San-Fransisko Xartiyasının dəyərinə xələl gətirmədən bu dəyişikliklərə uyğunlaşmalıdır. Müzakirələr təkcə Təhlükəsizlik Şurasının fəaliyyəti ilə bağlı düşünməklə başlaya bilər”.