Tramp nüvə sınaqlarının dərhal bərpa olunmasına göstəriş verib Dünya

Tramp nüvə sınaqlarının dərhal bərpa olunmasına göstəriş verib

ABŞ 33 ildən sonra ilk dəfə olaraq nüvə silahlarını sınaqdan keçirəcək.

APA ABŞ mediasına istinadən xəbər verir ki, bu barədə Prezident Donald Tramp özünün “Truth Social” hesabında yazıb.

“Başqa ölkələr sınaq proqramları keçirir. Mən Müharibə Nazirliyinə göstəriş verdim ki, bərabər qaydada bizim nüvə silahlarımızın da sınaqlarına başlanılsın.

Bu proses dərhal başlayacaq. Dünyada ən çox nüvə silahı bizdədir. Rusiya ikinci, Çin üçüncü yerdədir. Amma o (Çin) 5 il ərzində bizə çatacaq”, - Tramp qeyd edib.