09:37
665
Bu ilin sonunadək Rusiya-Ukrayna arasında sülhün əldə olunmasına ümid var, amma ehtimal olduqca azdır.
Bunu xalqcebhesi.az-a
Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenko deyib.
Onun sözlərinə görə, müharibə dövründə, hansı ki, əslində 2014-cü ildən başlayıb 2022-ci ildən genişmiqyaslı təcavüz dövrünə keçib: "Bu müharibə Rusiya-Ukrayna qarşıdurmasından Qərb və guya qlobal Cənub arasında toqquşmanın bir hissəsinə çevrildi. Məncə, haradasa 2023-cü ilin yayından etibarən Rusiya da bu müharibəni bitirmək imkanından tam istifadə edə bilmir, çünki o, Çin və müttəfiqlərindən aldığı tədarük, kredit və öhdəliklərdən, eləcə də İran və digər ölkələr qarşısındakı vədlərindən kritik dərəcədə asılıdır. Belə görünür ki, Ukraynada sülh prosesi liderlər arasında əldə olunacaq razılaşmanın bir hissəsi kimi mümkündür".
Cavid