TÜRKPA beynəlxalq parlament təşkilatları ilə yeni əməkdaşlıq formatları nəzərdə tutur
Milli Məclis və BƏƏ Federal Milli Şurasının sədrlərinin görüşü olub
Ramiz Mehdiyevlə bağlı olay açıqlama: “Əli Kərimlinin ondan sifariş alması... ”
Hərbi və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmə qaydası təsdiqlənib
12:59
931
“Brüsselin Gürcüstanın Rusiyaya qarşı sanksiyalara əməl etməsi ilə bağlı verdiyi bəyanatlar bipolyar pozuntuya bənzəyir”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı bir tərəfdən Tbilisini sanksiyalara əməl etməsinə görə tərifləyir, digər tərəfdən isə Gürcüstandan sanksiyalardan yayınmaq üçün istifadə edildiyi barədə dezinformasiya yayan QHT-ləri maliyyələşdirir.
“Gürcüstan sanksiyalara riayət etdiyinə görə Brüsseldən təşəkkür alır. Bəs niyə Brüssel Gürcüstana qarşı dezinformasiyaları maliyyələşdirir? Bu ikili standartları deyil, Brüsseldəki bipolyar pozuntunu göstərir”, - Papuaşvili söyləyib.
Qeyd edək ki, Aİ-nin sanksiya məsələləri üzrə xüsusi nümayəndəsi Devid Osallivan ötən gün Gürcüstanın xarici işlər nazirinə məktub göndərib. O, Gürcüstana Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yan keçilməməsi üçün artıq atılmış addımlara və yüksək səviyyədə ifadə olunan sədaqətə görə təşəkkür edib.