11:43
966
Gürcüstan həbsxanalarında 129 nəfər Azərbaycan vətəndaşı saxlanılır.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin sentyabr ayı üzrə hesabatından məlum olur.
Aylıq müqayisədə say 10 nəfər artıb.
Hesabata əsasən, Azərbaycan vətəndaşlarının 41-i ittiham olunan, 88-i isə məhkumdur. Təqsirləndirilən şəxslərin 38-i kişi, 3-ü qadın, məhkumların isə 74-ü kişi, 14-ü qadındır.
Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 56 nəfər təşkil edir. Aylıq müqayisədə onların sayı bir nəfər azalıb. Həmin şəxslərin 48-i kişi, 7-si qadın, 1-i isə yeniyetmə oğlandır.
Gürcüstanda ümumilikdə 1 404 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxslər həbs cəzası çəkir, probasiya nəzarətində isə 602 nəfər xarici ölkə vətəndaşı saxlanılır.