ABŞ ordusu Nigeriyadakı əməliyyatlarda iştirak edə bilər Dünya

ABŞ ordusu Nigeriyadakı əməliyyatlarda iştirak edə bilər

ABŞ qoşunları Nigeriyadakı əməliyyatlarda iştirak edə bilər.

APA xəbər verir ki, ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlaması zamanı deyib.

Tramp ABŞ silahlı qüvvələrinin Nigeriyada əməliyyatlarda iştirak edib- etməyəcəyi ilə bağlı suala belə cavab verib:

"Hər şey mümkündür. Çox şey təsəvvür edə bilirəm. Onlar çoxlu sayda xristian öldürürlər. Biz buna icazə verməyəcəyik."