Armen Qriqoryan: Türkiyə ilə sərhədlərin açılması üçün bütün lazımi hazırlıqlar görülüb
Yaxın vaxtlarda Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edəcək
Azərbaycan ilə BP enerji təchizatının təkmilləşdirilməsini müzakirə edib
Qriqoryan: Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edəcək
11:18
1 330
Katolikos II Qareginin saxlanılan qardaşı Qevork Nersisyan və onun oğlu Ambarstum Nersisyan dindirilib.
Bu barədə Ermənistan mediası onların vəkili Ara Zohrabyana istinadən məlumat yayıb.
Vəkilin sözlərinə görə, hər iki şəxs saxlanıldıqdan sonra dindirilib və ifadələrinin videogörüntüsü istintaq orqanına təqdim olunub.
“Qevork Nersisyan və onun oğlu Ambarstum Nersisyan saxlanılıblar. Onlar ifadə veriblər, videoyazı istintaqa təqdim olunub. Hazırda qərarın verilməsini gözləyirik. Qanuna əsasən, 12 saat ərzində məhkəməyə həbs qətimkan tədbiri seçilməsi üçün müraciət edilməli və ya onlar azad olunmalıdır”, – Ara Zohrabyan bildirib.
Qeyd edək ki, bir gün öncə Qevork Nersisyan və onun qardaşı oğlu Ambarstum Nersisyan xuliqanlıq və təbliğat kampaniyasının aparılmasına mane olma ittihamları ilə saxlanılıblar.
18:15
301
18:14
287
17:36
462