Nazir: Dünyaya daha çox enerji lazımdır və bunun üçün yeni investisiyalar tələb olunur İqtisadiyyat

Nazir: Dünyaya daha çox enerji lazımdır və bunun üçün yeni investisiyalar tələb olunur

Dünyanın daha çox enerjiyə ehtiyacı olacaq və bu tələbatı qarşılamaq üçün investisiyalar üçün əlverişli şərait yaradılmalıdır.

“APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suheyl əl-Məzrui ADIPEC tədbiri çərçivəsində bildirib.

O, eyni zamanda bazarlarda artıq təklif (bolluq - red.) ssenarisinin baş verəcəyini gözləmədiyini qeyd edib.

“Dünyanın, şübhəsiz ki, daha çox resursa ehtiyacı olacaq. Bu resurslar arasında mütləq şəkildə daha çox neft, daha çox qaz və daha çox bərpa olunan enerji olacaq. Biz əmin olmalıyıq ki, investisiyalar üçün iqtisadi mühit bunu həyata keçirməyə imkan verir,” – deyə o bildirib.

Nazir vurğulayıb ki, gələcək investisiyalar üçün hazırda müştərilərin ehtiyacları ilə qlobal tələbat arasında balans yaradılmalıdır.