Emin Əmrullayev Naxçıvanda vətəndaşları qəbul edəcək Siyasət

Emin Əmrullayev Naxçıvanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 28 noyabr tarixində Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 18 noyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪+994 51 206 78 48‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.