"Bu saziş Ukrayna üçün kapitulyasiya və real təslim aktıdır" Dünya

"Bu saziş Ukrayna üçün kapitulyasiya və real təslim aktıdır"

Donald Tramp iqtidarının Rusiya–Ukrayna arasındakı müharibənin bitməsi üçün təklif etdiyi 28 bəndlik sülh sazişi mahiyyətinə görə heç bir halda sülh sazişi adlandırıla bilməz. Bu saziş Ukrayna üçün məğlubiyyət, kapitulyasiya və real təslim aktıdır.

Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.

Onun sözlərinə görə, əlbəttə ki, bu gün Ukraynanın belə bir sazişə məcbur edilməsi əslində o faktı üzə çıxarır ki, Donald Tramp və Putin bir müttəfiq kimi çıxış edərək Ukrayna xalqı və dövləti üçün qəbul edilməz bir sənədə məcbur edirlər. Bu prosesdə artıq Donald Tramp paralel olaraq Putinlə işğalçı qismində çıxış edir. Bir müddət əvvəl Ukraynanın təbii sərvətləri ilə bağlı müqaviləni əldə edən Tramp, Rusiya ilə müharibədə sonda da udan tərəfdir. Nəticə budur ki, Ukrayna ABŞ tərəfindən məcbur edilir ki, Rusiyaya qarşı təslim olsun. ABŞ isə özünün NATO bloku üzrə müttəfiqlərinin mövqeyini tamamilə rədd etməklə belə bir tarixi səhvə gedir.

Cavid