Bakıda soyğunçuluq və narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb
Ərdoğan İsraili dayandırmağa hansı amillərin kömək edəcəyini açıqlayıb
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib -FOTO
Ərdoğan Trampın planı əsasında Ukrayna ilə bağlı razılaşmanın mümkün olduğunu bildirib
13:10
567
Gürcüstanda C130 təyyarəsinin qəza səbəbini araşdıran qrup Türkiyəyə qayıdıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"11 noyabrda Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan C130 hərbi yük təyyarəmizin qalıqlarının tədqiqini başa çatdıran qəza qrupumuz ölkəmizə qayıdıb. Qalıqların 2-ci Əsas Baxım Zavod Müdirliyimizə (Kayseri) təhvil verilməsi davam edir", - məlumatda deyilir.
Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib. Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçinin hamısının nəşi tapılıb. Təyyarə qəzasında şəhid olan hərbçilərin cənazələri axtarış-xilasetmə və qəza qruplarını Gürcüstana aparan A-400M təyyarəsi ilə Türkiyəyə gətiriləcək.