Lavrov: Türkiyə "S-400"ləri Ukraynaya verə bilməz Gündəm

Lavrov: Türkiyə "S-400"ləri Ukraynaya verə bilməz

Ankaranın Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin istifadəsi ilə bağlı Moskva qarşısında öhdəlikləri var. Türkiyə onları Ukrayna əsgərlərinə təhvil verə bilməz.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ətrafındakı vəziyyətin nizamlanmasına dair səfirlikdə keçirilən dəyirmi masada bildirib.

Xarici siyasət idarəsinin rəhbəri Avropa İttifaqının Türkiyədən S-400 hava hücumundan müdafiə sistemləri alıb Ukraynaya göndərilməsi təklifini şərh edərkən, "Heç kim hesab etmir ki, Türkiyə alıcı kimi Rusiya Federasiyasının razılığı olmadan belə addımlar atmamağa borcludur".

Həmin ərəfədə Rusiyanın hava hücumundan müdafiə sistemlərinin geri qaytarılması və ya yenidən satışı ilə bağlı şayiələr fonunda Türkiyə Müdafiə Nazirliyi bəyan edib ki, Ankara S-400-dən bütün planlaşdırılan hava hücumundan müdafiə missiyalarını yerinə yetirərək tam şəkildə istifadə etməyə davam edir.

Məryəm Quliyeva