Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefon danışığı aparıb
Fərid Qayıbov beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşdü
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
Azərbaycan beynəlxalq axtarışda olan Pakistan vətəndaşını Tacikistana təhvil verdi
21 Dekabr 2025 14:22
2 226
Belçikanın Baş naziri Bart De Vever Avropa İttifaqı sammitindən sonra müdafiə naziri Teo Frankenin müşayiəti ilə Ukraynaya səfər edib.
Bu barədə Teo Franken X sosial şəbəkəsində paylaşım edərək, onların A400M hərbi-nəqliyyat təyyarəsi ilə Ukraynaya yollandığını bildirib.
O, bu səfərin Belçika hökumətinin Aİ-dən kənara ilk xarici səfəri olduğunu qeyd edib.
Qeyd olunur ki, De Vever son Aİ sammitində Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi təşəbbüsünün əleyhinə çıxması səbəbindən bəzi Avropa siyasətçiləri və KİV-lər tərəfindən tənqid olunmuşdu. Bununla belə, Belçika hökuməti ölkə yurisdiksiyasında Rusiya aktivlərinin uzunmüddətli dondurulmasını dəstəkləyir ki, bu da dövlət büdcəsinə illik 1–1,5 milyard avro gəlir gətirə bilər.
Belçika yaxın vaxtlarda Ukraynaya yeni hərbi tədarüklərlə bağlı planlarını açıqlamayıb. Münaqişə dövründə ölkə Kiyevə əsasən sursat, atıcı silahlar və dəniz pilotsuz aparatları təqdim edib.