Zelenski: Rusiya müharibəni dayandırmaq niyyətində deyil Dünya

Zelenski: Rusiya müharibəni dayandırmaq niyyətində deyil

Ukrayna Prezidenti Volodimir Zelenski Norveçin Baş naziri Jonas Qahr Støre ilə telefon danışığı aparıb.

Zelenski bu barədə "Telegram" kanalında paylaşım edib.

Prezident bildirib ki, son günlər diplomatik proseslər intensivləşib və Ukrayna nümayəndə heyəti Floridada ABŞ tərəfi ilə danışıqlar aparıb. Onun sözlərinə görə, danışıqlarda konstruktiv yanaşma mövcuddur, lakin Rusiyanın müharibəni real şəkildə dayandırması üçün təzyiq artırılmalıdır.

Zelenski qeyd edib ki, Rusiyadan gələn real siqnallar hələ də mənfidir – cəbhədə hücumlar və infrastruktura zərbələr davam edir. O, Norveçin Rusiyaya təzyiqlərin gücləndirilməsi, eləcə də Ukraynanın bərpası və enerji dayanıqlığına dəstək verməyə hazır olduğunu yüksək qiymətləndirib.

Ukrayna lideri ABŞ-də aparılan danışıqlardan sonra Avropa tərəfdaşları ilə daha geniş məsləhətləşmələrin keçirilməsinin vacibliyini vurğulayıb.