Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefon danışığı aparıb
Fərid Qayıbov beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşdü
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
Azərbaycan beynəlxalq axtarışda olan Pakistan vətəndaşını Tacikistana təhvil verdi
22 Dekabr 2025 08:33
1 827
ABŞ Prezidenti Donald Trampın administrasiyası xarici ölkələrdə fəaliyyət göstərən təxminən 30 diplomatik nümayəndəliyin rəhbər vəzifələrində çalışan bir sıra diplomatı geri çağırmaq qərarı verib.
Bu barədə Associated Press (AP) agentliyi ABŞ Dövlət Departamentindəki adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 29 diplomata tutduqları vəzifədə səlahiyyət müddətinin yanvar ayında başa çatacağı barədə bildiriş göndərilib.
Qeyd olunur ki, sözügedən diplomatlar ABŞ-ın 46-cı prezidenti Co Baydenin administrasiyası dövründə bu vəzifələrə təyin olunublar.