12:56
980
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, əgər Rusiyaya qarşı “aldatma” siyasəti aparılmasa və qarşılıqlı hörmət prinsipi qorunsa, yeni hərbi əməliyyatlara ehtiyac qalmaya bilər. O həmçinin Avropa və ABŞ ilə bərabərhüquqlu əməkdaşlıq və təhlükəsizlik təminatı qarşılığında iqtisadi tərəfdaşlığa hazır olduqlarını vurğulayıb.
Məsələ ilə bağlı xalqcebhesi.az-a danışan siyasi şərhçi Taleh Əliyev deyib ki, Rusiya Prezidenti Vladimir Putinin bu açıqlamasından görünür ki, Rusiya tərəfi artıq fərqindədir ki, Qərbin yumşalma siyasəti, əslində, Rusiyaya qarşı aldatma siyasətidir: “Rus siyasətçilərin dediyi kimi, Rusiyaya strateji çökdürmə siyasəti üçün vaxt qazanmaq məqsədilə Qərb bu kimi yumşaq açıqlamalarla manevr edir. Görünür, Putinin bu açıqlaması ABŞ-nin ardınca Fransanın da Rusiyaya münasibətdə yumşaq mövqe nümayiş etdirməsi səbəbindən baş verir. Amma düşünmürəm ki, bu proses Rusiyanın gözləntilərini doğruldacaq və tərəflər arasında əvvəlki qaydada yeni iqtisadi əməkdaşlıq qurulacaq. Bu, Rusiya üçün növbəti manevr mahiyyətli bir aldatma taktikasıdır”.
Röya İsrafilova