Qiymətlər dayanmaq bilmir – kirayə bazarında kritik vəziyyət
28 Yanvar 23:50
28 Yanvar 23:50
28 Yanvar 23:48
28 Yanvar 23:38
28 Yanvar 23:38
“Hürriyyet”: Ərdoğan Trampa İranla bağlı üçtərəfli görüş keçirməyi təklif edib
Aİ və Azərbaycan Naxçıvan dəmir yolu layihəsinin texniki-iqtisadi tədqiqatına başlayır
Nigar Alimova: Azərbaycanda təqribən 400-500 min sənədsiz tikili var
Tramp: İrana qarşı əməliyyat Venesueladakından daha çətin olacaq
Qurban Qurbanov: Azərbaycan futbolu üçün çox önəmli uğura imza atdıq
10:46
539
2026-cı ilin əvvəlinə qədər Rusiyada yaşayan xarici vətəndaşların sayı 5,7 milyona qədər azalıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin Analitik şöbəsinin müdiri Aleksandr Perejoqin bildirib.
Onun sözlərinə görə, bu, illik müqayisədə 10% azalma deməkdir, belə ki, ötən ilin əvvəlində bu rəqəm təxminən 6,3 milyon olub.
Perejoqin vurğulayıb ki, miqrantların sayının azalması əsasən ölkədə yetkinlik yaşına çatmayan xarici vətəndaşların sayının təxminən dörddə bir azalması ilə əlaqədardır.
Ekspertlər hesab edirlər ki, Rusiya Federasiyasında xarici vətəndaşların sayının azalması, ümumilikdə miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi ilə də bağlıdır. Belə ki, əvvəllər qanunları pozan əcnəbilər polis tərəfindən saxlanılana qədər Rusiyada qala bilirdilərsə, indi onlar dərhal nəzarət altında olan şəxslərin reyestrinə əlavə olunurlar. Qanunvericiliyə dəyişikliklərdən əvvəl xarici vətəndaşlar hesablarındakı vəsaitlərdən istifadə edə bilirdilər. Lakin artıq reyesterə düşmüş xarici vətəndaşın bank hesabları avtomatik bloklanır.