10:32
623
ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri NATO-nun Estoniyada keçirilən qış təlimlərində iştirak üçün M1A2 Abrams və Challenger 2 tanklarını yerləşdirib. Təlimlər Rusiyanın sərhədindən təxminən 100 km məsafədə, Tapa rayonu ətrafında keçirilir. Bölmələr aşağı temperatur və məhdud görünmə şəraitində manevrli döyüş əməliyyatlarını məşq edirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Military Watch Magazine" yazır.
Mütəxəssislər Rusiya sərhədləri yaxınlığında zirehli texnikanın yerləşdirilməsini Moskvaya yönəlmiş nümayişkaranə hərbi və siyasi siqnal kimi dəyərləndirirlər.
İki nüvə dövlətinin tankları bölgəyə yerləşdirməsi Rusiyaya qarşı “strateji təzyiq” elementlərindən biri kimi də qiymətləndirilir. Qeyd olunur ki, Rusiya eyni vaxtda T-90M tanklarının istehsalını artırır və modernləşdirir.
Məqalə müəllifləri həmçinin ABŞ-ın Avropada yerləşdirdiyi qüvvələrin keyfiyyət baxımından gücləndirildiyini, müasir zirehli texnikanın sayının artırıldığını vurğulayırlar. Bu isə ABŞ qoşunlarının Avropa ölkələrində şəxsi heyətin sayını azaltmaq cəhdlərinə baxmayaraq baş verir.
Məryəm Quliyeva