ÜST: Koronavirusun yeni "PJ.2.1" ştamının yayılma riski artır
31 Oktyabr 15:21
31 Oktyabr 15:21
31 Oktyabr 15:11
31 Oktyabr 13:01
20 Fevral 09:51
2 730
ABŞ İranı nüvə razılaşmasına məcbur etmək üçün Yaxın Şərqdə hərbi-dəniz mövcudluğunu gücləndirməyi planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, regionda iki aviadaşıyıcı zərbə qrupu yerləşdiriləcək. USS Abraham Lincoln aviadaşıyıcısı artıq Oman sahilləri yaxınlığındadır, USS Gerald R. Ford aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu isə cümə axşamı Cəbəllütariq boğazına yaxınlaşıb. Gəmilərin göyərtəsində minlərlə hərbçi və onlarla qırıcı təyyarə olduğu bildirilir.
ABŞ Hərbi Dəniz Qüvvələri məlumatına görə, regionda ən azı 12 gəmi yerləşdirilib, o cümlədən bir aviadaşıyıcı, 8 esmines və mina təmizləyənə çevrilmiş 3 sahil mühafizə gəmisi. ABŞ həmçinin Yaxın Şərqdəki bazalarına əlavə qırıcılar, eləcə də THAAD və Patriot raketdən müdafiə sistemləri göndərib.
Məryəm Quliyeva