İranın hava məkanı daha dörd gün bağlı qalacaq Gündəm

İranın hava məkanı daha dörd gün bağlı qalacaq

İranın hava məkanı 7 mart səhərinə qədər daha dörd gün bağlı qala bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a hava nəqliyyatının idarə edilməsi dairələrindəki mənbə bildirib.

Agentliyin mənbəyi bildirib ki, "Son məlumatlara görə, ölkənin hava məkanı 7 mart UTC vaxtı ilə təxminən 8:30-a qədər bağlıdır". Bundan əvvəl İran hava məkanında uçuşa qadağan zona 3 mart saat 11:30-a qədər qüvvədə idi.

Hazırda Yaxın Şərqdəki hadisələr səbəbindən İraq, Küveyt, Bəhreyn, Qətər və Suriya səmaları da uçuşlar üçün bağlanıb, BƏƏ-nin hava məkanı qismən, İsrailin hava məkanı vaxtaşırı bağlanıb və İordaniya üzərindən uçuşlar axşam və gecə saatlarında həyata keçirilmir.

Məryəm Quliyeva