Xameney üçün Tehranda 3 günlük yas mərasimi keçiriləcək Gündəm

Xameney üçün Tehranda 3 günlük yas mərasimi keçiriləcək

ABŞ-İsrail hücumlarında öldürülən İranın dini lideri Ayətullah Əli Xamenein üçün paytaxt Tehran-da keçiriləcək yas mərasiminin detalları açıqlanıb.

Xalqcebhesi.az-ın məlumatına görə, mərasim üç gün davam edəcək.

İranın rəsmi xəbər agentliyi IRNA-ya danışan İslami Təbliğ Şurasının sədri Möhsün Mahmudi bildirib ki:
“Ölkə lideri Xameneylə vidalaşmaq üçün bu gecə İmam Xomeyni Məscidində mərasim təşkil ediləcək.”

Rəsmi şəxs qeyd edib ki, tədbir ümumilikdə üç gün davam edəcək.

Məryəm Quliyeva