Ərdoğan: Türkiyə təhlükəsizlik risklərini azaltmaq üçün lazımi tədbirlər görür Dünya

Ərdoğan: Türkiyə təhlükəsizlik risklərini azaltmaq üçün lazımi tədbirlər görür

Türkiyə, müttəfiqləri ilə əlaqəli şəkildə təhlükəsizlik risklərini azaltmaq üçün bütün lazımi tədbirləri görür.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan Ankarada keçirilən ənənəvi Ramazan iftar yeməyində bildirib ki, "Müttəfiqlərimizlə koordinasiyalı şəkildə təhlükəsizlik risklərimizi azaltmaq üçün bütün lazımi tədbirləri görürük". Verilişi TRT Haber televiziya kanalı aparıb.

Prezidentin sözlərinə görə, ABŞ və İsrailin İrana hücumları və cavab hücumları bölgədəki gərginliyi həyəcan verici səviyyəyə çatdırıb. Ərdoğan bildirib ki, İran böhranının sülh yolu ilə həllinə yönəlmiş telefon diplomatiyasını davam etdirir: "İranın regiondakı digər ölkələrə yönəlmiş raketləri və PUA-ları münaqişənin daha geniş əraziyə yayılması riskini yaradır. Biz ən kiçik bir səhlənkarlığa dözmürük və sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyini təmin etməkdə heç bir tərəddüd etmirik. Ölkəmizi və xalqımızı hər hansı bir təhlükədən qorumaq üçün lazım olan hər şeyi edirik".