İspaniya XİN: İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir Dünya

İspaniya XİN: İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir

İspaniya hökuməti İranın Türkiyə və Azərbaycana qarşı son hücumlarını kəskin şəkildə pisləyir.

İspaniya Xarici İşlər Nazirliyinin "X" səhifəsində bu barədə bildirilib.

Qeyd olunub ki, İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa tamamilə ziddir. Ölkələrin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması eskalasiya riskini artırır.