Pakistan Baş naziri Azərbaycana qarşı son hücumlarla bağlı narahatlığını ifadə edib
İranın Naxçıvana dron hücumu nəticəsində yaralananların 3-ü evə buraxılıb
İspaniya XİN: İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir
Ərdoğan: İranın raket insidenti ilə bağlı lazımi xəbərdarlıq etdik
21:29
581
“Son günlər baş verən hadisələr fonunda Prezident İlham Əliyevin verdiyi sərt və qətiyyətli mesajlar Azərbaycanın dövlət təhlükəsizliyi məsələlərində prinsipial mövqeyini bir daha nümayiş etdirdi. Silahlı Qüvvələrin tam hazırlıq vəziyyətinə gətirilməsi və İranla sərhədlərin bağlanması rəsmi Bakının vəziyyətə nə qədər ciddi yanaşdığını göstərən strateji addımlar kimi qiymətləndirilə bilər”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.
Z.Qarayeva bildirib ki, bu addımların ardınca Tehran tərəfindən tonun yumşaldılması və məsələnin araşdırılacağı ilə bağlı açıqlamaların verilməsi isə Azərbaycanın qəti mövqeyinin təsirsiz qalmadığını göstərir: “Faktiki olaraq Bakı diplomatik və hərbi-siyasi mesajı paralel şəkildə təqdim edərək regionda gərginliyin daha da artmasının qarşısını alan, eyni zamanda, öz suverenliyini qətiyyətlə müdafiə edən mövqe nümayiş etdirdi”.
Politoloq deyib ki, digər tərəfdən, İranın bu davranışı Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurur və cəmiyyət bunu İslam həmrəyliyi prinsiplərinə zidd addım kimi qiymətləndirir: “Çünki müsəlman ölkəsi olan Azərbaycanın hədəf seçilməsi regionda dini və siyasi həmrəylik diskursunun sual altına düşməsinə səbəb olur. Eyni zamanda, beynəlxalq müstəvidə Prezident İlham Əliyevə müxtəlif dövlət və hökumət başçılarından edilən telefon zəngləri Azərbaycanın mövqeyinə göstərilən dəstəyin açıq göstəricisi kimi təqdim olunur. Xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin sərgilədiyi mövqe diqqət çəkir və bu ölkənin Azərbaycanın suverenliyi və təhlükəsizliyi ilə bağlı verdiyi mesajlar regional və beynəlxalq həmrəyliyin formalaşdığını göstərən mühüm siyasi siqnallar kimi qiymətləndirilir”.
Röya İsrafilova
21:48
546
21:41
504
21:28
574