31 Mart 11:23
1 876
Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart soyqırımı ilə bağlı paylaşım edib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, paylaşımda soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilən azərbaycanlıların xatirəsi yad olunub.
“Tarixə qara ləkə kimi düşən bu faciəli günlərdə erməni silahlı dəstələri tərəfindən minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirildi. Qardaşlarımıza qarşı törədilən soyqırımı unutmadıq, unutmayacağıq, unutdurmayacağıq! Şəhidlərimizi rəhmət və ehtiramla anırıq”, - paylaşımda deyilir.
12:05
1 582
29 May 14:34
1 750
29 May 11:35
1 575