31 Mart 11:36
1 946
Bu ilin fevral ayında Avropa İttifaqında təbii qaz istehlakı illik müqayisədə 4,4% azalaraq 37 mlrd. kubmetr olub.
Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, azalma əsasən yaşayış sektorunda istilik tələbatının aşağı düşməsi ilə bağlı olub ki, bu da regionun böyük hissəsində daha mülayim hava şəraitinin hökm sürməsi ilə izah olunur
Bildirilir ki, eyni dövrdə ABŞ-da təbii qaz istehlakı illik müqayisədə 4% azalaraq 87 mlrd. kubmetr səviyyəsində olub.
“Bu, yaşayış, kommersiya və sənaye sektorlarında tələbatın zəifləməsini əks etdirir”, - hesabatda qeyd olunur.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
12:05
1 575
29 May 14:34
1 750
29 May 11:35
1 568