31 Mart 11:53
1 946
Pakistanın qərbində qaz kəməri partladılıb.
APA xəbər verir ki, bu barədə Pakistanın “The Express Tribune” qəzeti məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində Bəlucistan əyaləti və onun paytaxtı Kvettа şəhərində qaz təchizatı qismən dayanıb.
Hadisənin terror aktı olduğu bildirilir. Partlayışın separatçı Bəlucistan Azadlıq Ordusu qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.
12:05
1 575
29 May 14:34
1 750
29 May 11:35
1 568