SEPAH HDQ komandanı Əlirıza Təngsiri aprelin 3-də dəfn olunacaq Dünya

SEPAH HDQ komandanı Əlirıza Təngsiri aprelin 3-də dəfn olunacaq

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirıza Təngsirinin cənazəsi aprelin 3-də İranın cənub-qərbindəki Abadan şəhərində dəfn olunacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran dövlət teleradio şirkəti məlumat yayıb.

Bundan əvvəl Təngsiri ilə vida mərasimi İslam Respublikasının cənubundakı Bəndər-Abbas şəhərində keçirilib. İranın Ali Rəhbəri Ayətullah Müctəba Xameneyi və ölkə prezidenti Məsud Pezeşkian kontr-admiralın keçən həftə düşmən hücumu nəticəsində həlak olması ilə əlaqədar başsağlığı veriblər.

Məryəm Quliyeva