13:15
847
İranın müharibəni dayandırmaq üçün təklif etdiyi plan gəmilərin Hörmüz boğazından keçidi üçün 2 milyon dollar məbləğində ödənişin tətbiq edilməsini nəzərdə tutur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti adı açıqlanmayan İran rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, 10 bənddən ibarət plan ABŞ və İsrailin gələcəkdə İrana hücumlardan imtina etməsini ehtiva edir. Sənəd həmçinin İsrailin Livandakı "Hizbullah" mövqelərinə zərbələri dayandırmasını və bütün sanksiyaların ləğvini nəzərdə tutur. Bunun müqabilində İran Hörmüz boğazında gəmilərin hərəkətinə qoyduğu blokadanı dayandıracaq və hər gəmidən təxminən 2 milyon dollar məbləğində rüsum almağa başlayacaq. Tehran bu vəsaiti boğazın digər tərəfində yerləşən Omanla bölüşmək niyyətindədir. İran öz payına düşən pulları İsrail və ABŞ-ın zərbələri nəticəsində dağılmış infrastrukturun bərpasına yönəldəcək.
Məryəm Quliyeva