16:48
658
ABŞ-ın hərbi rəhbərliyi ölkə lideri Donald Trampa yaxın vaxtlarda zərbələr endirmək üçün İran ərazisindəki energetika və nəqliyyat infrastrukturuna dair bir neçə hədəf siyahısı təqdim edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən The Wall Street Journal (WSJ) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ hərbçiləri İrana qarşı əməliyyatın yeni mərhələsinə keçid üçün aktiv hazırlıq işləri görürlər. Mövcud arxiv və aktual məlumatlara əsaslanaraq, Pentaqon bir neçə obyekt siyahısı formalaşdırıb. Qəzet əlavə edib ki, bu siyahılardan birinin yekun seçimi prezident Trampın ixtiyarındadır.
Məryəm Quliyeva