09:55
1 302
İndoneziya hakimiyyəti Böyük Britaniya və Fransanın Hörmüz boğazında gəmiçiliyin qorunması üzrə missiyasında iştirak etməkdən imtina edib və bölgəyə hərbçi göndərməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Asiya respublikasının xarici işlər naziri Sugiono bəyanat verib.
"Biz missiyada iştirak etməməliyik. Bu, bizim neytral mövqeyimizi pozar", — deyə nazirin sözlərini Jakarta Globe qəzeti sitat gətirib.
Qəzetin məlumatına görə, hazırda Hörmüz boğazında İndoneziyaya məxsus iki tanker hələ də bloklanmış vəziyyətdə qalır.
Məryəm Quliyeva