23 Aprel 16:54
08:08
581
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 110 ailə – 397 nəfər doğma yurda köçürülüb.
Köçürülənlər arasında Bakı şəhərindən 84 ailə (299 nəfər), Ağcabədidən 6 ailə (25 nəfər), Bərdədən 5 ailə (20 nəfər), Mingəçevirdən 3 ailə (14 nəfər), Ağdam rayonundan 4 ailə (11 nəfər), Yevlaxdan 3 ailə (9 nəfər), Ağdaşdan 2 ailə (8 nəfər), Sumqayıtdan 1 ailə (5 nəfər), Abşerondan 1 ailə (4 nəfər) və İsmayıllıdan 1 ailə (2 nəfər) yer alıb.
Bununla da Ağdam şəhərinə ümumilikdə köçürülənlərin sayı 659 ailəyə – 2 411 nəfərə çatıb.
Boş qalan 2 evə isə qrafikə uyğun olaraq may ayında köç planlaşdırılır.
09:02
518
23 Aprel 17:44
1 085
23 Aprel 17:36
1 407





