Kallas: Aİ liderləri Rusiyaya qarşı 21-ci sanksiya paketinin hazırlanmasına başlayıblar Dünya

Kallas: Aİ liderləri Rusiyaya qarşı 21-ci sanksiya paketinin hazırlanmasına başlayıblar

Avropa İttifaqı (Aİ) liderləri Rusiyaya qarşı 21-ci sanksiya paketinin hazırlanmasına başlayıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ-nin qeyri-rəsmi sammitinə gələrkən məlumat verib.

"Liderlər 21-ci sanksiya paketi istiqamətində real şəkildə irəliləyirlər", — deyə o bildirib.

Onun iddiasına görə, bu, "Ukraynanın Aİ üçün Rusiya ilə müqayisədə daha dəyərli olduğunu" və Moskvann Brüsselin zəifləməsini gözləyib bəhrələnə bilməyəcəyini sübut edir.

Məryəm Quliyeva