25 Aprel 11:17
24 Aprel 19:56
24 Aprel 10:46
1 176
17-22 may tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) keçiriləcək. Sessiyanın olacağı tarixlərdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla) tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcəyi, dərslərin onlayn formata keçiriləcəyi qeyd edilir.
Bu barədə xalqcebhesi.az-a danışan Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qeyd edib ki, bu, təhsil prosesində hansısa təhlükə, risk yaratmır: “Azərbaycanda bakalavr prosesi 4 il, magistratura 2 il, orta məktəb isə uzun illər davam edir. Bu uzun bir prosesdə bir neçə günün onlayn formata keçməsi böyük bir risklər yaratmır. Düzdür, COVID-19 vaxtı onlayn təhsil daha uzun olmuşdu. Amma hansısa beynəlxalq təşkilatların forumları, sammitləri zamanı təhsilin bir neçə gün onlayn olması problem yaratmır. Onu da nəzərə almaq lazımdır ki, tədris ilinin sonuna yaxınlaşırıq. Yəni əsas dərslər keçirilib. Ona görə də burada mən böyük bir risk görmürəm, əksinə, bəzi tələblər könüllülük fəaliyyətinə qoşulurlar, təcrübə yığırlar, praktik bilikləri artır. Bu da müsbət bir şeydir. Həm də onu nəzərə almaq lazımdır ki, Bakıda tıxac problemi var. Ona görə də bu, tıxacın da az olmasına töhfə verəcək. Ümumiyyətlə, mən buna böyük bir təhlükə kimi baxmıram”.
Röya İsrafilova
25 Aprel 13:23
1 372
25 Aprel 11:17
1 442
25 Aprel 11:09
1 358