11:01
644
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Qazaxıstan Respublikasının Almatı şəhərində fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində təhsil alan tələbəsi Elgün Rəhimli “Ərəb fənn” olimpiadasında ikinci yerə layiq görülüb.
“Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində keçirilən “Ərəb dili” fənn olimpiadasında xüsusi seçilmiş 50-dən çox ən yaxşı tələbə iştirak edib.
İki mərhələdə keçirilən müsabiqənin birinci turunda tələbələr dinləmə və oxuma üzrə yarışıblar. İkinci mərhələdə isə onların tələffüz və yazı istiqamətlərində bilikləri yoxlanılıb.
Qeyd edək ki, Aİİ “İslamşünaslıq” ixtisasının III kurs tələbələri – Elgün Rəhimov və Osman Mazanov “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində 2025/2026-cı tədris ilinin yaz semestri ərzində ərəb dilində təhsil alırlar.
Cavid