22:32
728
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə etdiyi paylaşımı kəskin tənqid edib.
O, “X” hesabında yazıb ki, ABŞ prezidenti razılaşma istəməyən şəxslərin “öldürülməsinə” çağırış edən birinin bəyanatını yenidən paylaşıb.
Bəqainin sözlərinə görə, bir vaxtlar demokratiya, azadlıq və insan haqlarının beşiyi kimi təqdim olunan ABŞ indi terror, qətl və kütləvi zorakılığı təşviq edən ölkəyə çevrilir.
“Əgər bu, dərin mənəvi böhran deyilsə, bunu başqa necə adlandırmaq olar?” – deyə o vurğulayıb.