09:42
700
Qlobal fond bazarlarında son ticarət günündə əsasən azalma müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, ABŞ bazarlarında indekslər mənfi dinamika ilə bağlanıb. Dow Jones 0,36% azalaraq 49 310,32 bəndə düşüb. S&P 500 0,41% enərək 7 108,40 bənd, Nasdaq isə 0,89% azalaraq 24 438,50 bənd təşkil edib.
Avropa bazarlarında da əsas indekslər aşağı yönlü hərəkət edib. Euro Stoxx 50 0,19% azalaraq 5 894,73 bəndə, FTSE 100 0,19% enərək 10 457,01 bəndə, DAX 0,16% azalaraq 24 155,45 bəndə düşüb. Yeganə müsbət dinamika CAC 40 indeksində qeydə alınıb – indeks 0,87% artaraq 8 227,32 bənd olub.
Asiya-Sakit okean regionunda isə qarışıq dinamika müşahidə edilib. Nikkei 225 0,75% artaraq 59 586,30 bəndə yüksəlib, TOPIX 0,15% artım göstərib. Bununla yanaşı, Hang Seng 0,20%, CSI 300 isə 0,85% azalıb. MSCI Asia Pacific indeksi də 0,51% geriləyib.
Qeyd edək ki, bazarlardakı eniş əsasən geosiyasi risklərin yüksək qalması və investorların ehtiyatlı mövqe tutması ilə əlaqələndirilir. Bununla yanaşı, ABŞ monetar siyasəti ilə bağlı qeyri-müəyyənlik də risk iştahını məhdudlaşdıran əsas amillərdən biri olaraq qalır.