Tramp: "İranın başa düşdüyü tək şey bombalardır" Gündəm

Tramp: "İranın başa düşdüyü tək şey bombalardır"

ABŞ Prezidenti Donald Tramp İranla bağlı məsələdə "məyusdur, lakin realist yanaşır", çünki danışıqlar çıxılmaz vəziyyətə düşüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə axşamı "Axios" nəşri Tramp ilə ünsiyyətdə olan müşavirinə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp müşavirinə belə deyib:

"İran liderlərinin başa düşdüyü tək şey bombalardır".

Müşavir bildirib ki, Tramp güc tətbiq etmək istəmir, lakin öz tələblərindən də geri çəkilmir. O, əlavə edib: "Mən onu məyus olmuş, lakin realist siyasətçi kimi xarakterizə edərdim".

Hesabatda bir neçə Amerika rəsmisinin sözlərinə istinadən qeyd olunur ki, Vaşinqtonun İranla nə müharibənin, nə də sülh sazişinin olduğu "donmuş münaqişəyə" sürüklənməsindən narahatdırlar.

Məryəm Quliyeva