11:12
1 169
ABŞ-ın tətbiq etdiyi hərbi blokada nəticəsində İranın Çahbahar limanında 20-dən çox ticarət gəmisi yığılıb qalıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Komandanlığın bəyanatında deyilir: "ABŞ tərəfindən İranın blokadası başlamazdan əvvəl, Çahbahar limanında gün ərzində orta hesabla 5 gəmi lövbər salır və ya dayanacaqda olurdu. Bu gün isə Çahbaharda 20-dən çox gəmi qalmaqdadır. Çünki ABŞ Silahlı Qüvvələri davam edən blokada çərçivəsində İrana gələn və oradan gedən ticarət axınlarının qarşısını kəsib".
Məryəm Quliyeva