ABŞ-də qanunsuz miqrant lotereyada bir milyon dollar udub Dünya

ABŞ-də qanunsuz miqrant lotereyada bir milyon dollar udub

ABŞ İmmiqrasiya və Gömrük Polisinin (ICE) əməkdaşları lotereyada bir milyon dollar udan qanunsuz miqrantı saxlayıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fox News" telekanalının müxbiri Bill Meluqin "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

"ICE-ın Boston bölməsi keçən həftə Massaçusets ştatının dövlət lotereyasında 1 milyon dollar udan qalibi – Salvadordan olan qanunsuz miqrantı həbs edib", – deyə Meluqin paylaşımında bildirib.

Məryəm Quliyeva