Rubio "G7" görüşünün əsas mövzularını açıqlayıb
9 Noyabr 12:40
9 Noyabr 12:40
9 Noyabr 12:24
Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb
Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
1 May 16:48
4 578
“ABŞ-ın İrana qarşı xərcləri ilə bağlı İranın səsləndirdiyi 100 milyard dollarlıq iddia reallığa uyğun görünmür”.
Bunu “Xalqcebhesi.az”a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.
O qeyd edib ki, İranın açıqladığı rəqəm ABŞ-ın rəsmi şəkildə elan etdiyi göstəricilərdən dəfələrlə yüksəkdir və inandırıcı hesab oluna bilməz: “Əgər bu rəqəmlər Qərb siyasi dairələri tərəfindən səsləndirilsəydi, müəyyən müzakirə predmeti ola bilərdi, lakin İran tərəfinin iddiaları real görünmür. Bu cür bəyanatlar informasiya savaşının tərkib hissəsidir və tərəflər bir-birinə qarşı siyasi təzyiq yaratmağa çalışır.İran bu iddialarla ABŞ daxilində ictimai-siyasi təzyiqləri artırmağa və Vaşinqtonun beynəlxalq imicinə zərbə vurmağa cəhd edir”.
E.Xalidbəyli əlavə edib ki, ABŞ-da büdcə xərclərinə ciddi nəzarət mexanizmləri mövcuddur və bu miqyasda fərqin gizlədilməsi real görünmür: “Real xərclərin rəsmi açıqlanan rəqəmlərə daha yaxın olduğu ehtimal edilir”.
Günel Elxan
9 Noyabr 12:34
1 078
9 Noyabr 12:29
1 064
9 Noyabr 12:16
1 001